Hansı qohumların dəfnində iştiraka icazə verilir? - DİN-dən açıqlama

Hansı qohumların dəfnində iştiraka icazə verilir? - DİN-dən açıqlama
SOSİAL
23:36 04.04.2020
3010
Sabahdan etibarən ölkə ərazisində hərəkət məhdudlaşdırılır. Vətəndaşların SMS-lə icazə alıb yaşayış yerini tərk etmələri ilə bağlı məsələlərdən biri də yaxın qohumunun dəfnində iştirakla bağlıdır.

Bəs, dəfnində iştiraka verilən yaxın qohumlar hansılardır?

AZXEBER.COM xəbər verir ki, DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə,  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 19-cu maddəsinə əsasən, yaxın qohumlar anlayışına nənələr, babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı-qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr aid edilib.
OXŞAR XƏBƏRLƏR