Hansı qurumlar dəyişkən iş qrafikinə keçir? - VİDEO

Hansı qurumlar dəyişkən iş qrafikinə keçir? - VİDEO
SOSİAL
23:50 22.02.2026
844
Müvafiq dövlət qurumlarına təhlillər aparmaq və yeni iş rejiminə keçidlə bağlı siyahı hazırlamaq tapşırılıb.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, ötən ilin əvvəlində Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə qəbul edilən Dövlət Proqramında dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi də yer alıb. İş rejiminin dəyişdirilməsini isə müxtəlif sahələrə görə tənzimləmək mümkündür.

Sahib Məmmədov vurğulayıb ki, elə iş yerləri var ki, orada rejimin dəyişdirilməsi mümkün olmayacaq.

Hələlik isə bununla bağlı konkret addım yoxdur.

OXŞAR XƏBƏRLƏR