Hansı şəxslərin koronavirusdan evdə müalicə olunması yolverilməzdir? - RƏSMİ AÇIQLAMA

Hansı şəxslərin koronavirusdan evdə müalicə olunması yolverilməzdir? - RƏSMİ AÇIQLAMA
SOSİAL
15:58 08.12.2020
837
"Yoluxmuş insanların evlərini tərk etməsi, digərlərini riskə atması yolverilməzdir”.

AZXEBER.COM-un verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, insanlar özlərini evdə müalicə edirlər və ağırlaşmış formada xəstəxanaya gəlir və birbaşa reanimasiyaya yönəldilir:

"65 yaşdan yuxarı və diabeti olan insanların özlərini müalicə etməsi yolverilməzdir. Onlar vaxtında poliklinikalara müraciət etməlidirlər. Prezidentin dediyi kimi, dəmir yumruq kimi birləşsək, bir olsaq, bu xəstəliyin öhdəsindən də gələrik”.
OXŞAR XƏBƏRLƏR