“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov AFFA İntizam Komitəsinin onun barəsində çıxardığı beş oyunluq cəzaya münasibət bildirib.
Qol.Az saytının müxbiri ilə söhbətində o qeyd edib ki, bu qərarı çox pis qarşılayıb.
“Mənim onlara daha sözüm yoxdur. Hansısa uşağın sözüylə mənə bu qədər cəza vermələrini gözləmirdim. Deməli, bu ölkədə hörmət yoxdur. Başqa baş məşqçi olsaydı, onun sözü bunlar üçün bal olardı” – deyə M.Qurbanov bildirib.
Qeyd edək ki, AFFA İK Mahmud Qurbanovu “Xəzər Lənkəran”la Premyer Liqanın 14-cü turun matçında hakimi təhqir etdiyi üçün beş oyunluq cəzalandırdığını açıqlayıb.