Harda aş-orda baş

Harda aş-orda baş
SİYASƏT
15:48 08.05.2019
3443
Yeganə Hacıyeva 

"Amnesty İnternational”ın beynəlxalq humanitar missiyasının görsənməyən tərəfləri...

Bir neçə il öncə UNICEF dünyada azyaşlıların əməyə cəlb olunması,uşaq əməyinin istismarı ilə bağlı dəhşətli bir hesabat dərc etmişdi. Hesabatın əsas yükü Afrika qitəsində azyaşlıların əməyinin istismarı üzərində idi. Hesabatdan aydın olurdu ki, Afrikada yüz minlərlə azyaşlıların əməyindən mədən sənayesi və qanunsuz qazıntılarda istifadə ilə istismar olunurmuş.

Ümumiyyətlə, heç kimə sirr deyil ki, üçüncü dünya coğrafiyası adlandırdığımız Afrika qitəsində " həyatın və sənayenin bütün spektrləri üzrə " istismar olunmaq afrikalı azyaşlıların sərt həyatlarının bir hissəsidir.

Bu hesabatda mənim diqqətimi çəkən iki ayrı məqam var idi:

· Birincisi, istismar faktlarınin ancaq mədən sənayesini əhatə etməsi ;

· İkincisi və ən əsası, Afrikanın 54 dövlətinin 30-a yaxının mədən sənayesinə malik olduğu halda bu dövlətlərindən ancaq bir neçəsinin adının keçməsi...

Hesabatın əsas yükü , Konqo Demokratik Respublikasında mədən sənayesində azyaşlıların əməyinin istismarına həsr olunur, belə ki, hesabata görə bu ölkədə hər il 40 mindən çox azyaşlı mədən sənayesində çalışırmış.

Konkret olaraq hesabatda haqqında danışılan 100 minə yaxın azyaşlıdan 40 mindən çox azyaşlı Konqo Demokratik Respublikasında kobaltın əldə olunması üçün mədənlərdə və qanunsuz qazıntılarda çalışırmışlar.

UNİCEF in bu hesabatında Afrika üzrə tərtibatçı, Konqoya dair belə dəhşətli göstəricilərin müəllifi Azərbaycanda diqqətli siyasət izləyicilərinə tanış olan , bütün dünyada mədən sənayesi ölkələri üzrə "azadlıq dərəcəsinin” tənqidçisi rolunda ixtisaslaşmış "Amnesty İnternational” idi.

İnsaf naminə demək lazımdır ki, UNİCEF bu hesabatın sonunda bir az qərəzsiz və tərəfsiz görsənmək üçün Konqoda azyaşlıların mədən sənayesində gündəlik xərclər və ən əsası təhsil qazanmaq üçün çalışmaları haqqında bir qeyd də etmişdir.

Bütün Afrika üçün xarakterik olan azyaşlıların əməyinin istismarı və bu faktın "qara qitə”nin 30-a yaxın ölkəsinin mədən sənayesinə mövcudluğuna rəğmən UNİCEF in hesabatında ancaq Konqonun kobalt sənayesinin hallanması və bunun ardınca bu ölkəyə başlanan basqılar və bu basqıların nəticəsi haqqında yazmaq istəyirəm.

Planetimizdə ehtiyatının tən yarısı Konqonun payına düşən kobaltın dünya iqtisadiyyatında mövcud yerinə gəlincə, 2000- ci illərə qədər bərk mineral maddə kimi müxtəlif sənaye, elmi , tibbi sahədə geniş istifadə olunmuş, 2000-ci illərdən sonra isə cib telefonların , smart qurğuların , noutbuklar və digər yüksək İT avadanlıqlarnın və ən əsası da elektriklə işləyən maşınların batareyasının istehsalında strateji xammal kimi istifadə olunur.

Kobaltın dünya iqtisadiyyatında gələcək mövqeyi haqqında oxucularımızda aydın təsəvvür yaransın deyə qeyd edim ki , G-20 dövlətləri artıq 2020-ci ilin ortalarından ekoloji məqsədlərlə ənənəvi daxili yanma mühərrikləri olan avtomobillərdən qanunvericilik səviyyəsində imtina edəcəkləri haqqında sazişi imzalamışlar.

Bu isə ənənəvi daxili yanma mühərrikinə malik maşınların yaxın gələcəkdə tarixə qovuşacağı, yerini ekoloji təmiz , batareyalı elektrikli nəqliyyat vasitələrinə ötürəcəyi anlamına gəlir . Belə avtomobillərin batareyasınin isə kobaltdan istifadə olunmaqla istehsal olunacağını nəzərə alsaq , çəkinmədən kobaltı 21-ci əsrin strateji məhsulu adlandıra bilərik.

İndi isə, qayıdaq "Amnesty İnternational” tərtibatında UNİCEF-in azyaşlıların əməyinin istismarı hesabatının Kongonun mədən sənayesinə və kobalt istehsalına etdiyi təsirinə.

"Amnesty İnternational”ın tərtib etdiyi UNİCEF-in bu hesabatı Konqonun ümumdünya maliyyə institutları və reytinq dərəcələrinə üzrə göstəricilərinə təsir etdi. Nəticə kimi isə nəqd maliyyə defisiti riskləri qorxusu üzərindən Konqo mədən sənayesinə imtiyazlı əsaslarla yeni xarici şirkətləri buraxmaq , bir sözlə, dövlətin milli sərvətlərini transmilli şirkətlərə imtiyazlı əsaslarla işləmək məcburiyyətində qaldı.

Əlbəttə , nə bu hesabat , nə də bu hesabatın izi ilə Konqoya təşrif buyurmuş transmilli şirkətlər , nə Konqoda nə də Afrikanın digər ölkələrində mədən sənayesində gündəlik xərcləri və təhsil haqqını ödəmək üçün işləmək məcburiyyətində qalan azyaşlıların həyatına təsir etmədi. Əvəzində isə bu hesabatın sifarişçiləri və transmilli şirkətlər 21-ci əsrin belə bir strateji məhsulunun istehsalı və ixracatı prosesində söz və pay sahibi oldular. Yekun olaraq "Amnesty İnternational” xarici şirkətlərin Konqonun təbii sərvətlərinin talanmasında rol aldı.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı