Harri Keyn karyerasını “Mançester Yunayted”də davam etdirmək istəyir

İDMAN
19:34 31.05.2023
212
"Tottenhem"in hücumçusu Harri Keyn gələcəyi ilə bağlı qərarını açıqlayıb.

29 yaşlı futbolçu karyerasını "Mançester Yunayted”də davam etdirmək istəyir.

O bildirib ki, İngiltərədən kənarda oynamaq niyyətində deyil. Premyer Liqada qalmaq istəyən İngiltərə millisinin üzvü "qırmızı şeytanlar”ın formasını geyinmək arzusundadır.

London klubu mövsümlərarası fasilədə Keyni satmasa, hücumçu müqaviləsini yeniləməyəcək. Onun anlaşması 2024-cü ilin yayında bitəcək.

Qeyd edək ki, Keyn son mövsümdə 49 matçda 32 qol vurub.
 
///Apasport.az
OXŞAR XƏBƏRLƏR