Harris: Birlikdə mübarizə aparacağıq və qalib gələcəyik

Harris: Birlikdə mübarizə aparacağıq və qalib gələcəyik
DÜNYA
04:04 22.07.2024
248
"Donald Trampı məğlub etmək üçün Demokrat Partiyasını və millətimizi birləşdirmək üçün əlimdən gələni edəcəyəm”.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Prezidentlik seçkilərində ABŞ prezidenti Co Baydenə dəstək verdiyini bildirən vitse-prezident Kamala Harris deyib. 
 
ABŞ prezidenti Co Baydenin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini geri götürməsindən sonra dəstəyini açıqlayan vitse-prezident Kamala Harris Baydenin dəstəyini almaqdan şərəf duyduğunu bildirib.
 
Baydenin yarışdan çəkilmə qərarını "fədakarlıq və vətənpərvərlik” olaraq xarakterizə edən Harris, bu qərarın səbəbinin Baydenin Amerika xalqını və ABŞ-ı hər şeydən üstün tutması olduğunu ifadə edərək:
 
"Seçki gününə 107 gün var. Biz birlikdə mübarizə aparacağıq və birlikdə qalib gələcəyik" deyə əlavə edib. 
 
Oksana
OXŞAR XƏBƏRLƏR