"Harris ölümcül müharibələrin və şiddətli qarşıdurmaların qarşısını ala bilməz" - Tramp

"Harris ölümcül müharibələrin və şiddətli qarşıdurmaların qarşısını ala bilməz" - Tramp
DÜNYA
12:15 24.07.2024
126
"Ölümcül müharibələr və şiddətli qarşıdurmalara son qoyulmalıdır. Milyonlarla insan ölür və Kamala Harris heç bir şəkildə bunun qarşısını almağa qadir deyil".
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu fikirləri ABŞ-nin sabiq prezidenti, yenidən namizəd Donald Tramp deyib.
 
Tramp həmçinin bu yaxınlarda Floridada İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcəyini də açıqlayıb:
 
"Biz Netanyahuyla görüşü səbirsizliklə gözləyirik. İlk səlahiyyətimdə biz regionda sülh və sabitliyə nail olduq və hətta tarixi sazişləri imzaladıq. Prezident Zelenski və digər dünya liderləri ilə son həftələrdə keçirdiyim görüşlərdə ifadə etdiyim kimi, güc yolu ilə sülhə dair gündəliyim dünyaya göstərəcək ki, bu dəhşətli, ölümcül müharibələr və şiddətli münaqişələr bitməlidir".
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR