Harris Trampla debata hazırdır: "Səbirsizliklə gözləyirəm"

Harris Trampla debata hazırdır:<font color= "Səbirsizliklə gözləyirəm"">
DÜNYA
11:13 09.08.2024
106
ABŞ-nin vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris sentyabrın 10-da sabiq prezident və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla keçiriləcək debatı səbirsizliklə gözləyir.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, debatın tarixinin açıqlanmasından sonra açıqlama verən Harris Tramp haqda bunları deyib:
 
"Eşitdim ki, Donald Tramp nəhayət sentyabrın 10-da mənimlə debat etməyi öhdəsinə götürüb. Mən bunu səbirsizliklə gözləyirəm".

Tramp da Harrislə qarşılaşmağa hazır olduğunu və sentyabrın 4-də "Fox News", 10-da "ABC News", 25-də "NBC News"da canlı yayım debatına razı olduğunu və Harrisdən cavab gözlədiyini bildirib.

Qeyd edək ki, "ABC News" kanalı Tramp və Harrisin sentyabrın 10-da canlı yayımda üz-üzə gəlməyə razılaşdıqlarını açıqlayıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR