Məlum olduğu kimi, ABŞ-də prezident seçkilərinə az müddət qalıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Demokratların namizədi Kamala Harrisin şəxsi həyatı isə dünya gündəmindədir.
Maraqlıdır ki, Harrisin atası, professor Donald Harrisin heç vaxt kampaniya tədbirlərində görünməməsi və keçmişdə ABŞ siyasətini sərt tənqid etməsi diqqət çəkib.
Donald Harris 1960-cı illərdən bəri akademik dairələrdə "radikal marksist” kimi tanınır.
Bob Marlinin də doğulduğu Yamaykanın Brauns Taun şəhərində böyüyən Donald Harris Londonda təhsil alıb və Kaliforniya Universitetində doktorluq dərəcəsi alıb.
Stenford kimi nüfuzlu institutlarda dərs deyən Donald Harris Kəmalənin beş yaşında ikən həyat yoldaşından ayrılıb.
Kəmalə Harrisin siyasi gedişlərini bəzən üstüörtülü şəkildə tənqid edən Donald Harris mətbuata açıqlamasında siyasəti komediya adlandıraraq "Bu siyasi komediyadan uzaq durmağa qərar verdim” deyib.
Mikayıl