2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 500 azərbaycanlı tələbə dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Qaliblər arasında ən çox seçilən ali təhsil müəssisələrinin adları da açıqlanıb.
Belə ki, ilk beşlikdə Edinburq Universiteti, London İmperial Kolleci, Mançester Universiteti, Qlazqo Universiteti və London Kral Kolleci yer alıb.
Ümumilikdə isə Dövlət Proqramının qalibləri dünyanın 69 ali təhsil müəssisəsində təhsil alacaqlar.
Qeyd edək ki, Dövlət Proqramı Azərbaycan vətəndaşlarının dünyanın aparıcı universitetlərində təhsil almasına və beynəlxalq səviyyədə ixtisaslaşmasına imkan yaradan əsas layihələrdən biridir.
Fəridə Əsədzadə











































