ABŞ-da aparılan bir araşdırma "Cola” kimi içkilərin sağlamlıq üçün təhlükələrinə diqqət yetirərkən, bunun əvəzinə istehlak edilməli olan içkilər haqqında hərtərəfli bir nəticəyə gəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Harvard Universitetində aparılan araşdırmada "Cola”nın sağlamlığa zərərli olduğu və vaxtından əvvəl ölüm nisbətini artırdığı, "Cola” kimi qazlı içkiləri hər gün istehlak edənlərin isə vaxtından əvvəl ölüm nisbətinin 20% artdığı ifadə edilib.
Elm adamları bu cür içkilərdən istifadə edənlərdə şəkər xəstəliyinə tutulma riskinin artdığını bildiriblər, eyni zamanda bu içki yerinə qəhvə və ya çay içməyi tövsiyə ediblər.
Alimlər 2-ci tip şəkərli diabetdən əziyyət çəkən 15486 nəfərin məlumatlarını araşdıraraq, bu insanların istehlak vərdişlərini də müqayisə ediblər. 18,5 il ərzində qazlı və şəkərli içkilər qəbul edənləri tədqiq edən elm adamları bu insanların 22 faizinin ürək-damar xəstəliyindən əziyyət çəkdiyini və demək olar ki, yarısının bu müddət ərzində öldüyünü açıqlayıb.
Bildirilib ki, şəkərli və qazlı içkilərdən istifadə edənlərin vaxtından əvvəl ölmə ehtimalı 5 dəfə çoxdur.
"British Medical Journal”da dərc edilən araşdırmada şəkərli və qazlı içkilər qəbul edənlərin ürək-damar xəstəliyinə tutulma riskinin 25%, bu xəstəlikdən ölüm riskinin isə 29% daha çox olduğu ifadə edilib.
Ayşən