Hatayda baş verən dəhşətli zəlzələdən sonra şəhərdəki yeni görüntülər - VİDEO+FOTO

Hatayda baş verən dəhşətli zəlzələdən sonra şəhərdəki yeni görüntülər - VİDEO+FOTO
DÜNYA
10:54 21.02.2023
219
Mərkəzi Kahramanmaraş olan zəlzələlərdən ən çox zərər görən vilayətlərdən biri olan Hatayda bir-birinin ardınca 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.
 
AZXEBER.COM xəbər verir ki, binaları dağıdan və insan tələfatı ilə nəticələnən yeraltı təkanlardan sonra səhər saatlarında dağıntılar olduğu ərazi havadan görüntülənib.

Qazi rayonu, Şəhid Murat Nuraydın küçəsində yerləşən yaşayış binası 6,4 bal gücündə zəlzələ nəticəsində dağılıb. 

Qeyd edək ki, zəlzələdən sonra açıqlama verən daxili işlər naziri Süleyman Soylu, "Dənizdə suyun qalxması xəbərdarlığı Qəndilli Rəsədxanasından həm bizə, həm də 10-dan çox ölkəyə keçib. Sonradan bu xəbərdarlıq geri alındı. Bu axşam zəlzələlər daha 26 dəfə təkrarlanıb: "Bir daha xəbərdarlığımızı təkrar edirik ki, riskli binalara girməyin".

Səhər saatlarında çəkilmiş ilk görüntüləri təqdim edirik:
 
Mikayıl
 


 

 

 

 

OXŞAR XƏBƏRLƏR