Hatayda zəlzələdə dağılan binaları tikən şəxs beynəlxalq axtarışa verildi

Hatayda zəlzələdə dağılan binaları tikən şəxs beynəlxalq axtarışa verildi
DÜNYA
20:23 28.02.2023
174
Türkiyədə "Rönesans Rezident”in xaricdəki tərəfdaşı Hüseyn Yalçın Coşqun beynəlxalq axtarışa verilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən bildirir ki, Hatay Prokurorluğu bu barədə müraciəti Ədliyyə Nazirliyinə çatdırıb.

Nazirlik Hüseyn Yalçın Coşqun barəsində axtarış elan edib.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR