Kahramanmaraşda baş verən zəlzələlərdən sonra 23 market və 8 evi dağılan iş adamı Mehmet Bulanık CNN Türk-ün xüsusi xəbər rəhbəri Fulya Öztürkə müsahibə verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda 11 vilayətdə baş verən zəlzələlərdə bütün var-dövlətini itirən iş adamı Mehmet Bulanık bəzi açıqlamalar verib.
O, zəlzələdən əvvəl oğlu ilə bir xatirəsini xatırlayaraq, "Oğlum 20 növ səhər yeməyini sevmirdi. Təbii ki, düşdüyüm duruma üzülürəm. Anbarda qapağı olmayan çaydan tapanda bir xəzinə tapdığımı düşündüm, çox sevindim. Önəmli olan odur ki, bütün bunları övladlarım da başa düşsün və hamısından dərs alsınlar”, - açıqlamasında bildirib.
Ayşən