Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışları keçirildi

Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışları keçirildi
SİYASƏT
10:15 30.11.2021
305
2021-ci il üçün döyüş hazırlığı planına əsasən, Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilib.

Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, atışlarının əsas məqsədi şəxsi heyətin zenit qurğularından istifadəetmə bacarıqlarının təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Hava hücumundan müdafiə vasitələrinin döyüş heyətləri tərəfindən aşkar olunan şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra edilib.
OXŞAR XƏBƏRLƏR