Hava ilə bağlı xəbərdarlıq edildi - Bu tarixdən...

Hava ilə bağlı xəbərdarlıq edildi - Bu tarixdən...
SOSİAL
17:34 02.04.2024
262
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra ölkə ərazisində hava şəraiti dəyişəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən axşamadək havanın dəyişəcəyi, şimal-qərb küləyinin qısa müddətə güclənəcəyi, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında da aprelin 4-də hava şəraitinin dəyişəcəyi, qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz ayrı-ayrı yerlərdə arabir 30-32 m/s-dək güclənəcəyi, şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar zonalarında yağıntıların intensiv olacağı ehtimalı var.
Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.
OXŞAR XƏBƏRLƏR