Hava ilə bağlı xəbərdarlıq - Temperatur bu tarixdən 4-7 dərəcə aşağı düşəcək

Hava ilə bağlı xəbərdarlıq - Temperatur bu tarixdən 4-7 dərəcə aşağı düşəcək
SOSİAL
16:28 23.08.2023
1499
Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bu barədə AZXEBER.COM-a Milli Hidrolemetorologiya Xidmətindən bildirilib.

Ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
OXŞAR XƏBƏRLƏR