Hava kəskin dəyişəcək

SOSİAL
12:57 01.04.2016
5514
Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, aprelin 3-də Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, axşamdan aprelin 4-ü səhərədək yağış yağacağı gözlənir. Yağışların intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında aprelin 4-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağışın dağlıq rayonlarda sulu qar və qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

OXŞAR XƏBƏRLƏR