Hava limanında həyəcan: Bütün uçuşlar dayandırıldı

DÜNYA
12:58 28.08.2024
185
Hollandiyanın Eyndhoven hava limanında hava hərəkəti müəyyən edilməmiş nasazlıq səbəbindən dayandırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Hollandiya Kral Hərbi Hava Qüvvələri bəyanat verib.
 
Səbəbi açıqlanmayan Hollandiyanın Eyndhoven Hava Limanında bütün hava hərəkətləri əhəmiyyətli bir fasilədən sonra dayandırılıb.

Hollandiya Müdafiə Nazirliyi problemin informasiya texnologiyalarından qaynaqlandığını bildirib.

Hollandiya fövqəladə hallar xidmətləri də milli xidmətin kəsilməsinin olduğunu və kəsilmənin xəbərdarlıq və rabitə sistemlərində problem yaratdığını, lakin təcili yardım nömrələrinin hələ də işlədiyini bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR