Azərbaycanda havanın temperaturu aşağı enəcək, yağış yağacaq.
AZXEBER.COM xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9, Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında martın 15-də arabir yağış yağacağı bildirilir. Dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlarda 0-5 şaxta, gündüz 1-6 dərəcə isti olacaq.