Hava proqnozu: Yağış yağacaq, duman olacaq

Hava proqnozu: Yağış yağacaq, duman olacaq
SOSİAL
10:07 12.11.2023
456
Bu gün bəzi şəhərətrafı ərazilərdə yağış yağacaq. Rayonlarda isə duman gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeronda gecə 11-16, gündüz 16-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə 6-10, gündüz 17-22 dərəcə isti, dağlarda gecə üç dərəcə şaxtadan iki dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.
Səhər bəzi rayonlarda duman müşahidə ediləcək
OXŞAR XƏBƏRLƏR