Hava şəraiti ilə bağlı növbəti - Müraciət

Hava şəraiti ilə bağlı növbəti - Müraciət
SOSİAL
13:04 28.03.2026
311
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə növbəti dəfə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, müraciətdə deyilir:

"Hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.

Yaranan çətinliklərin aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparan DYP əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər görülür.

Lakin yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri sürücülərdən diqqətli olmağı, qaydalara qeyd-şərtsiz əməl etməyi tələb edir.

Bayram tətili günlərində səfərə çıxan əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, bir daha sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, ehtimal olunan təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görməyi, xüsusilə sürət həddini, ara məsafəsini, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edirik.

Əlverişsiz hava şəraitində də intizamlı və səbrli davranmaqla həm özünüzün, həm də digər hərəkət iştirakçılarının mənzil başına sağ-salamat çatmasına töhfə verə bilərsiniz”.
OXŞAR XƏBƏRLƏR