Hava şəraiti ilə bağlı vahid qərargah yaradıldı

Hava şəraiti ilə bağlı vahid qərargah yaradıldı
SOSİAL
11:42 08.12.2016
1002

 

Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin Qış Qarajı qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakıda Vahid Qərargah yaradıb.

Bu barədə  Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, qərargah əməkdaşları və yol polisləri texnikalar vasitəsilə yolların qar və buzdan təmizlənməsinə başlayıb:

"Səhər saatlarından yolların təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün qum və duz səpintisi işləri davam etdirilir. Buna baxmayaraq, paytaxtın yüksək əraziləri, əsasən də Yasamal rayonu, "20 Yanvar" metrosunun ətrafı, Günəşli qəsəbəsi və 3-cü kənar Dairəvi yollarda buzlaşma ehtimalı var. Həmin ərazilər və şəhərin enişli-yoxuşlu yolları, sərt döngələr nəzarətə götürülüb. Hava şəraiti artıq bəzi ərazilərdə sıxlıq yaradıb. Sürücülərdən xahiş edirik k, hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən az istifadə etsinlər, əsasən ictimai nəqliyyata üstünlük versinlər".


///Trend
OXŞAR XƏBƏRLƏR