Hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi endirildi

Hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi endirildi
SOSİAL
12:02 24.02.2023
97
Hava şəraiti ilə əlaqədar paytaxtın bəzi yollarında sürət həddi endirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zuğulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.
OXŞAR XƏBƏRLƏR