Hava şəraiti ''Xəzər Lənkəran''ın hazırlığını pozdu
İDMAN
21:53 10.09.2012
1181
Həftəsonu Azərbaycan Premyer Liqasının V turu çərçivəsində əzəli rəqibi “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” qarşılaşmanın hazırlıqlarını doğma Lənkəranda davam etdirir.AZXEBER.COM-un məlumatına görə, hava şəraiti baş məşqçi Yunis Hüseynovun planlarını pozub.Belə ki, güclü yağış səbəbindən komandanın dünənki səhər məşqi açıq havada yox, fitness zalda olub. Komanda ayın 13-ə kimi gündə iki dəfə olmaqla, məşqlərini Lənkəranda keçəcək. Daha sonra isə Bakıya yollanacaq.