Qvardiola danışdı: Mən dahiyəm

İDMAN
16:30 06.01.2023
468

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 19-cu turunda səfərdə "Çelsi"yə qalib gəldikləri oyunda etdiyi uğurlu əvəzetməyə münasibət bildirib.

AZXEBER.COM Qol.az-a istinadən xəbər verir ki, o, görüşdən sonra yerli mətbuata açıqlamasında qısaca olaraq "Mən dahiyəm" deyib.

Matçın 60-cı dəqiqəsində Qvardiola Cek Qriliş və Riad Mahrezi meydana buraxıb. Cəmi 3 dəqiqə sonra isə Qrilişdən ötürmə alan Mahrez oyunda yeganə qolu vuraraq komandasına vacib qələbə qazandırıb.

Qeyd edək ki, "Mançester Siti" hazırda 39 xalla turnir cədvəlində ikincidir. "Şəhərlilər"i lider "Arsenal"dan 5 xal ayırır.


OXŞAR XƏBƏRLƏR