ABŞ hava yolu ilə səyahət edən beynəlxalq sərnişinlər üçün Covid-19 peyvəndi tələbinin gələn həftədən etibarən qaldırılacağını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdən edilən yazılı açıqlamada Covid-19 epidemiyası səbəbiylə 2021-ci ildə alınan peyvənd öhdəliyi qərarının hava yolları ilə səyahət edən federal işçilər və beynəlxalq sərnişinlər üçün 11 May tarixindən etibarən sona çatacağı açıqlanıb.
Açıqlamada xatırladılıb ki, Səhiyyə və İnsan Xidmətləri Nazirlikləri (HHS) və Daxili Təhlükəsizlik Nazirliyi (DHS) məktəblərdən, səhiyyə müəssisələrindən və quru sərhədlərindən gələn qeyri-Amerika vətəndaşları üçün peyvənd öhdəliyinə son qoyma prosesinə başlayıb və yaxın günlərdə ətraflı məlumatın paylaşılacağı bildirilib.
Açıqlamada peyvəndin zərurətinin xalq sağlamlığı üçün vacib olduğu üçün zəruri olduğu və bu yolla milyonlarla insanın həyatının xilas edildiyi bildirilib.
Kovid-19 epidemiyası zamanı ABŞ administrasiyası ABŞ Konstitusiyasının ictimai sağlamlıq, vətəndaş hüquqları və sosial rifahla bağlı müddəaları özündə əks etdirən 42-ci maddəsinə əsasən Amerika torpaqlarına gələn qeyri-qanuni immiqrantları sürətlə deportasiya edirdi.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden "Fövqəladə vəziyyət bəyannaməsi”nin ləğvi ilə bağlı qanun layihəsini aprelin 11-də imzalasa da, ABŞ Ali Məhkəməsi bu prosesi mayın 11-də dayandırmağa qərar verib.
Mikayıl