Havada toz müşahidə olunur

Havada toz müşahidə olunur
SOSİAL
09:23 21.08.2024
113
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova AZXEBER.COM-a bildirib ki, havada tozun miqdarı normadan 1.2- 1.3 dəfə artıqdır.

"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, - o deyib.
OXŞAR XƏBƏRLƏR