İngiltərənin paytaxtı Londonnun turistik məkanlarından biri olan "Covent Garden"da havada dayanan bina hər gün buranı ziyarət edən minlərlə adamın diqqətini çəkir.AZXEBER.COM-un məlumatına görə, Aleks Çinnek adlı vizual illüziya əsərləri yaradan heykəltəraşın yaratdığı bina görənlərdə havada dayanmış təəssüratını yaradır.Sütunları qırılmış kimi görünən 12 metrlik binanın xüsusi rəqəmsal texnikalarla rənglənilməsinə 500 saat sərf edilib. Turistlərin ziyarəti üçün nəzərdə tutulan bina "Time Out" jurnalının "Bu həftə Londonda görülməsi lazım olan yerlər" siyahısında ilk sırada yer alıb.