Azərbaycanda otun qiyməti bahalaşdı – VİDEO

Azərbaycanda otun qiyməti bahalaşdı – VİDEO
SOSİAL
11:27 22.11.2022
295

 

Qış aylarında heyvandarlıqla məşğul olanların ota olan təlabatı da artır. Çünki soyuq havalarda heyvanlar örüşə aparılmır. Bunu fürsət bilən bəzi fermerlər isə əllərində olan otun qiymətini bahalaşdırmağa qərar veriblər. Bu vəziyyət heyvandarlıqla məşğul olan fermerləri ciddi narahat edir.

AZXEBER.COM xəbər verir ki, Tovuzda təsərrüfatla məşğul olanlar deyir ki, ötən illərlə müqayisədə bu il qiymətlərdə xeyli artım var. Belə vəziyyətdə isə heyvandarlıqla məşğul olmaq onlara sərf etmir.

Fermer Vəsilə Hüseynova deyir ki, belə getsə saxladıqları heyvanları da satacaqlar. Onun sözlərinə görə, hazırda tətbiq olunan qiymətlər onlara sərf etmir.

Fermer Sənan Qədimovun sözlərinə görə, keçən il yoncanın qiyməti 5 manat idisə, bu ildən onun qiyməti artıb. O bildirir ki, artıq heyvan saxlamaq sərfəli deyil.

Zaqataladan olan fermerler də qiymət artımından şikayət edirlər. Onlar bu qiymət artımının səbəbini yoncaya verilən gübrənin bahalaşması və daşınma xərclərinin artması ilə əlaqələndirirlər.

Bəs ot bağlamalarının qiymətindəki artım ətin qiymətinə təsir edə bilərmi?

Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin sektor müdiri Tərlan Əsgərov deyir ki, otun qiymətinin bahalaşması məhsullarının qiymətinin artmasına gətirib çıxara bilməz. 

ATV-nin qiymət artımı ilə bağlı hazırladığı süjeti daha ətraflı təqdim edirik:

Ayşən Mirzəyeva



 

OXŞAR XƏBƏRLƏR