Havay adalarındakı meşə yanğınlarında ölənlərin sayı artmaqda davam edir

Havay adalarındakı meşə yanğınlarında ölənlərin sayı artmaqda davam edir
DÜNYA
12:54 15.08.2023
296
Havay adalarındakı Maui bölgəsində meşə yanğınlarında ölənlərin sayı artmaqda davam edir.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, adanın qubernatoru 1300 adamın itkin düşdüyü adada gündə 10-30 cəsəd tapa bildiklərini bildirib.

CBS televiziyasına danışan Qrin 12 min insanın yaşadığı Lahaina qəsəbəsində insanların ya qaçdığını, ya da yanğında öldüyünü bildirib. Ölkə tarixinin ən ölümcül yanğınında ölənlərin sayının rəsmi olaraq 99 olduğu açıqlanıb. Fəlakət bölgəsində metal qalaqları və kül yığınları arasında qalan meyitləri tapmaq üçün şəhərə kəşfiyyat itləri gətirilib. 
 
Adada minlərlə insan evsiz qalıb.
 
Qeyd edək ki, Havay adasındakı yanğınlar avqustun 8-nə keçən gecə başlayıb. Yanğının səbəbi hələlik məlum deyil, lakin qasırğalı küləklər və quru hava alovu gücləndirib. 
 
Maui adasında 35 minə yaxın insan yaşayır.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR