Havay adalarının FHN sədri bu səbəbdən istefa verdi

Havay adalarının FHN sədri bu səbəbdən istefa verdi
DÜNYA
11:23 18.08.2023
185
ABŞ-ın Havay ştatının Maui bölgəsinin fövqəladə halların idarə olunması agentliyinin sədri Herman Andaya meşə yanğınları səbəbiylə istefa verib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Havayda 111 nəfərin həyatını itirdiyi yanğınlarla əlaqədar fəlakət xəbərdarlığı sirenlərinin işləməməsi və elektrik dirəklərinin axmaması kimi səhlənkarlıq iddiaları ilə gündəmə gələn sədrin istefa verdiyi bildirilib.

Maui Bölgəsi səlahiyyətliləri Andayanın sağlamlıq səbəblərini əsas gətirərək istefasının Maui Bələdiyyə Başçısı Riçard Bissen tərəfindən Facebook-da qəbul edildiyini qeyd edib.

Bissen verdiyi yazılı açıqlamada bu mühüm vəzifəyə dərhal kiminsə təyin ediləcəyini bildirib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR