Havayda baş verən yanğında 1000-dən çox insan itkin düşüb

Havayda baş verən yanğında 1000-dən çox insan itkin düşüb
DÜNYA
14:04 24.08.2023
177
Havaydakı meşə yanğınlarından sonra 1000-dən çox adamdan xəbər yoxdur.

AZXEBER.COM xəbər verir ki, avqustun 9-da Havayda başlayan meşə yanğınlarından sonra itkin düşənlərin axtarışları davam edərkən, 1000-dən çox insandan xəbər alına bilmir.

Federal Təhqiqat Bürosunun (FTB) rəsmisi Steven Merrill araşdırmalar nəticəsində itkin hər kəsə çatmama ehtimalının olduğunu ifadə edərək "İtkinlər siyahısında olmadığı sübut olunana qədər siyahıdakı bütün adları nəzərdən keçiririk”, - deyə işlərin davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, meşə yanğınlarında ölənlərin rəsmi sayı sonuncu dəfə 115 olaraq açıqlanmışdı.

Gülay
OXŞAR XƏBƏRLƏR