"Mən ən dəhşətli minaları Azərbaycanda görmüşəm, bu minaları kimin qoyması barədə danışmaq istəmirəm, bu minaları nəinki Azərbaycandan, hər yerdən təmizləməliyik”.
Bunu "Sülhün Kökləri” humanitar təşkilatının təsisçisi və rəhbəri Haydi Kun Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, BMT-nin digər dayanıqlı inkişaf məqsədi minaların təmizlənməsi olmalıdır.
///APA