Hayko Lanqner: “Dağlıq Qarabağa Livan ermənilərinin yerləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır”

Hayko Lanqner: “Dağlıq Qarabağa Livan ermənilərinin yerləşdirilməsi beynəlxalq hüququn pozulmasıdır”
SİYASƏT
15:18 19.09.2020
862

Almaniya hökuməti Ermənistan-Azərbaycan sərhədində iyul ayında baş verən gərginliyə baxmayaraq, güman edir ki, Ermənistan və Azərbaycan arasında "danışıqlar aparmaq arzusu artır” və Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinə ehtiyatlı optimizmlə baxır.

"2018-ci ildən 2020-ci ilin iyul ayına qədər ağır və böyük çaplı silahların istifadəsi getdikcə nadir hala gəlib və yalnız bir neçə atəşkəs pozuntusu qeydə alınıb. Ölənlərin və yaralananların sayı da azalıb”, - "Der Tagesspiegel” nəşrinin ixtiyarında olan məlumata görə, Almaniya Xarici İşlər Nazirliyinin Dövlət Katibi Migel Berger solçu parlament qrupunun sorğusuna cavab olaraq belə yazıb.

M. Bergerin sorğuya cavabında qeyd olunur ki, "iyul döyüşlərinə qədər gözə çarpan hala gələn və dialoqa hazırlığın artması ilə xarakterizə olunan proses davam edib.

"Almaniya inkişafa dəstəyi stimullaşdırıcı addımlarla uyğunlaşdıra bilər”

Ermənistan və Azərbaycan Sovet İttifaqı dağılandan sonra Dağlıq Qarabağ uğrunda mübarizə aparırlar. Beynəlxalq hüquqa görə, bölgə Azərbaycana məxsusdur, lakin ermənilər tərəfindən nəzarət olunur.

2020-ci ilin iyulunda ermənilər və azərbaycanlılar Dağlıq Qarabağdan şimal istiqamətində yerləşən bölgədə bir-birlərinə atəş açıblar.

Federal hökumətin verdiyi məlumata görə, 12-15 iyul 2020-ci il tarixlərində beş erməni və 12 azərbaycanlı əsgər və hər tərəfdən bir mülki şəxs öldürülüb (redaktorun qeydi - Ermənistanın rəsmi məlumatına görə, erməni tərəfində mülki itkilər olmayıb).

Almaniya Ermənistan üçün ən vacib donor ölkələrindən biridir. 1992-ci ildən Almaniya Federativ Respublikası bu inkişafa 750 milyon avrodan çox pul xərcləyib.

Üç milyon əhalisi olan Ermənistan üçün bu, ABŞ-dan sonra adambaşına düşən ən yüksək yardım hesab olunur.

"Sülh prosesinə gəldikdə, federal hökumət öz potensialından çox aşağı səviyyədə davranır”, deyə müəllif və "Solçu” fraksiyasında Cənubi Qafqaz üzrə ekspert olan Hayko Lanqner bildirir.

"Almaniya Ermənistana vəsait ayrılmasını sülh siyasətinə hazırlığı ilə bağlaya bilərdi”, deyə Lanqner qeyd edir.

Livandan olan ermənilər Dağlıq Qarabağda?

Münaqişə tərəfləri 2007-ci ildə razılaşdırılmış əsas Madrid prinsiplərini də həyata keçirməlidirlər: Ermənistan azərbaycanlı məcburi köçkünlərin geri qayıtması üçün Dağlıq Qarabağ ətrafındakı ərazilərdən çəkilməli olacaq. Dağlıq Qarabağ bölgəsi üçün isə aralıq status və referendum planlaşdırılır.

Livandan ermənilərin köçürülməsi ilə bağlı məlumatlar da azərbaycanlılar tərəfindən təxribat kimi qəbul olunur.

Yerli mediada yer alan xəbərlərə görə, Beyrutdakı partlayışdan sonra Ermənistan hökumətinin nümayəndələri orada yaşayan erməniləri işğal altındakı Dağlıq Qarabağa dəvət ediblər.

Hayko Lanqner beynəlxalq hüququn pozulmasından bəhs edir ki, bu da əvvəlki təcrübəyə görə Azərbaycanın kəskin reaksiyasına səbəb olmalıdır.

Mənbə: "Vestnik Kavkaza”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
20:57 12.10.2026
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
20:55 12.10.2026
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
20:49 12.10.2026
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
20:44 12.10.2026
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
20:38 12.10.2026
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
20:33 12.10.2026
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
20:29 12.10.2026
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
20:23 12.10.2026
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
20:19 12.10.2026
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
20:15 12.10.2026
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
20:06 12.10.2026
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub
20:00 12.10.2026
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
19:35 12.10.2026
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb
19:22 12.10.2026
Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb
Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza verilməsi sərtləşdirilir
18:59 12.10.2026
Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza verilməsi sərtləşdirilir
Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz
18:47 12.10.2026
Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz