‘Hazırda iqtidar, müxalif, müstəqil və reket media fəaliyyət göstərir’

SİYASƏT
11:06 02.05.2013
2505

KIVDF, Milli Televiziya və Radio Şurası və Azərbaycan Mətbuat Şurası tərəfindən Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş seminar çərçivəsində cümə axşamı "Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda tədbir keçirilir. Trend-in məlumatına görə, Azərbaycan Mətbuat Şurasının sədriƏflatun Amaşovtədbirin açılışında Ümumdünya Mətbuat Azadlığı Gününün tarixi barədə məlumat verib. O qeyd edib ki, BMT dünyada mətbuat azadlığı ilə bağlı verdiyi bəyanatlarda qeyd edir ki, hökumət məlumat azadlığına məhdudiyyət qoymamalıdır. Azərbaycanda azad mətbuatın mövcudluğu barədə danışan Amaşov qeyd edib ki, bu gün ölkədə baş verən bütün hadisələr ictimaiyyətə çatdırılır və buna heç bir məhdudiyyət qoyulmur. O, həmçinin qeyd edib ki, Azərbaycanda bu gün vətəndaşların ideya və fikirlərinin də ictimaiyyətə çatdırılmasında heç bir məhdudiyyət yoxdur. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiriƏli Həsənovtədbirdə bildirib ki, Azərbaycanda 20 illik müstəqillik illərində bir neçə sahədə inkişafın bünövrəsi qoyulub ki, bunlardan biri də cəmiyyətdə informasiya azadlığının təminatıdır. Azərbaycanda media azadlığının təminatı barədə danışan Əli Həsənov bildirib ki, ölkədə senzuranın ümummilli lider Heydər Əliyev tərəfindən ləğv olunması Azərbaycan mediasının gələcək inkişafının əsasını qoyub. "Senzura "buzu" əriyəndən sonra mətbuatla cəmiyyət üz-üzə qaldı. Mediada hər kəs savadlı, etik normalara uyğun jurnalist deyil və bununla bağlı bir çox məhkəmə çəkişmələri oldu. Getdikcə bu məsələlər öz axarına düşdü. Azərbaycan hakimiyyətinin iradəsində azad media, söz azadlığını formalaşdırmaq durub. Azərbaycanda heç bir jurnalist deyə bilməz ki, istədiyi hadisə barədə məlumat yığıb, onu yaymaqda qadağalar qoyulub. Bütün şəxslər jurnalist fəaliyyəti ilə məşğul ola bilərlər, onlara məhdudiyyətlər qoyanlar qarşılarında dövləti görəcəklər", - Həsənov deyib. PA şöbə müdiri media qarşısında duran vəzifələrdən də danışıb. "Media siyasiləşmə tendensiyasından qurtulmalıdır. Hazırda iqtidar, müxalif, müstəqil və reket media fəaliyyət göstərir. Azərbaycan hakimiyyətinin də əsas məqsədi medianı normal fəaliyyət istiqamətinə yönəltməkdir", - Həsənov bildirib. PA rəsmisi vəzifələrdən biri kimi jurnalist peşəkarlığının artırılmasını qeyd edib. "Diffamasiya mühiti indikindən qat-qat artıq ictimai normalara riayət etməsini tələb edir. Ya media mühiti bu məsələlərdə diqqətli olmalıdır, ya da biz diffamasiya mühiti yarada bilməyəcəyik. Bəlkə də bunun üçün müvafiq kurslar açılmalıdır", - Həsənov vurğulayıb. Həsənov mediada olan reket jurnalistikadan, öz fəaliyyətini təhdid üzərində quran jurnalistlərdən xilas olmağın vacibliyini də vurğulayıb. PA şöbə müdiri medianın maddi-texniki bazasının yaxşılaşdırılması məsələsinə toxunaraq Azərbaycanda dövlət tərəfindən mediaya göstərilən yardımın şəffaflaşdırılması ilə bağlı məsələni də qeyd edib. "Mən sizə söz verirəm, jurnalistlər üçün tikilən evlərin paylanması da tam şəffaf keçiriləcək və yalnız layiq olan jurnalistlərə təqdim olunacaq. Seçim 3 prinsip əsasında aparılacaq. Bunlar Azərbaycanda xidməti, haqqı, ehtiyacı olan jurnalistlər olacaq", - o deyib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb