Hazırkı qazın qiyməti ilə sayğaca nə qədər pul yükləmək olar?

Hazırkı qazın qiyməti ilə sayğaca nə qədər pul yükləmək olar?
SOSİAL
17:28 29.11.2016
2653
Azərbaycan Tarif Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən çox olan hissəsi üçün dəyişdirilərək 20 qəpik müəyyənləşdirilib.
 
İllik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün bu tarif dəyişməyərək 1 kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb. Smart tipli sayğaclarda hesablamanın aparılması ilə bağlı rəsmilər tərəfindən açıqlama verilib. Bəs smart olmayan, mexaniki sayğac abonentləri üçün hesablanma necə aparılacaq?
 
AZXEBER.COM xəbər verir ki, "Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayevin virtualaz.org-a bildirdiyinə görə, mexaniki sayğac abonentləri üçün də illik istehlak həcmi 1500 kubmetrdən artıq olduqda yeni tariflə hesablanacaq. Buna "Azəriqaz”ın nəzarətçiləri nəzarət edəcəklər. "Bu nəzarətçilər tərəfindən hesablama aparılan zaman abonentlərlə öz aralarında razılaşaraq hər hansı fırıldaq hallarına yol verilə bilərmi?” sualına gəlincə isə, İ.Kərbalayev bu ehtimalları rədd etdi: "Hər bir abonent də nəzarətçi ilə birlikdə özü sayğaca baxa bilər. Sayğacın üzərində sərf olunan qazın həcmi göstərilir. Bu nəzarətçilər tərəfindən heç bir neqativ hallara yol açmayacaq”.
 
İ.Kərbalayev həmçinin bildirdi ki, smart tipli sayğac abonentləri yanvar ayına qədər karta istədikləri qədər balans yükləyə bilərlər. Yüklənən məbləğ köhnə tariflə aparılacaq və "Azəriqaz” tərəfindən silinməyəcək. "Hər kəs istədiyi qədər balans yükləyə bilər. Hazırkı qiymətlə karta balans yükləyən abonentlərin işlətdiyi qaz elə köhnə qiymətlə də hesablanacaq. Artım yalnız yanvar ayının 1-dən sonra yüklənən məbləğə aid olacaq. Yanvar ayının 1-nə kimi nə qədər balans yükləsəniz də silinməyəcək. İndidən kim ödəniş eləsə, köhnə tariflə düşəcək. Yanvardan isə ödəniş 1500 kubmetri aşdıqda yeni tariflə hesablanacaq”, - deyə "Azəriqaz” rəsmisi bildirdi.
 
Mexanizminə gəlincə isə İ.Kərbalayev qeyd etdi ki, hər bir abonent saldo sifariş edə bilər. Onlar bunu istər yaşadığı sahə üzrə qaz istismar şöbəsindən, istərsə də "ASAN xidmət”dən əldə edə bilərlər. "Saldoda nə qədər məbləğ ödənib və nə qədər qaz işlədilibsə, hamısı göstərilir”, - deyə İ.Kərbalayev bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik