"Astrologiyada fiziki enerji, iddialılıq və sağ qalma instinktinin simvolu olaraq görülən Mars 4 sentyabrda Xərçəng bürcündən keçəcək".
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri məşhur Türkiyəli astroloq Hande Kazanova öz sosial media hesabındakı paylaşımında bildirib.
O həmçinin paylaşımda qeyd edib:
"Bu həftə (2-8 sentyabr) iş şəraiti, xidmət sektoru, sağlamlıqla bağlı məsələlərdə mühüm dəyişikliklər gözlənilir. Görünən odur ki, Marsın sərhəddən kənara genişlənməsi gündəmimizdə bir sıra dəyişimlərə səbəb olacaq. Sentyabrın 4-də Mars Xərçəng bürcünə keçəcək. Hadisələrlə emosional və balanssız mübarizə apara bilərik.
İnciklikdən, küskünlükdən, ani partlayışlardan və ya passiv aqressiv davranışlardan uzaq olaq. Ev, ailə, ev, məskunlaşma ilə bağlı məsələlər, təhlükəsizlik mövzuları və məişət məsələlərinə ciddi diqqət yetirək".
Oksana