Həbibdən təhqirlərə cavab: "Sən ikiüzlüsən"

Həbibdən təhqirlərə cavab: "Sən ikiüzlüsən"
İDMAN
23:20 03.04.2019
4218
Mütləq döyüş çempionatının (UFC) rusiyalı çempionu Həbib Nurməhəmmədov keçmiş rəqibi Konor Makqreqorun növbəti təhqirlərinə cavab verib.

Bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Zorakısan, sən zorakısan (zorakılıq edənsən-red). Sən ikiüzlüsən, hansı ki, hərəkətlərinə cavab vermir. Biz görəcəyik, ədalət səni necə tapacaq", - deyə Nurməhəmmədov "Twitter"də yazıb.

Qeyd edək ki, bundan əvvəl Makqreqor sosial şəbəkədə Nurməhəmmədovun həyat yoldaşını təhqir edib. Lakin o, sonra statusunu tez silib.

Ötən ilin 6 oktyabrında Nurməhəmmədov boğucu üsulla Makqreqora qalib gəlib və UFC titulunu qoruyub.

Qeyd edək ki, İrlandiya polisi idmançı Konor Makqreqora qarşı irəli sürülmüş seksual zorakılıq ittihamı ilə bağlı araşdırma aparır. 
 
///Unikal.org
OXŞAR XƏBƏRLƏR