UFD çempionu Həbib Nurməhəmmədovun növbəti dəfə rinqə çıxacağı tarix açıqlanıb.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, 30 yaşlı döyüşçsü sentyabrın 7-də növbəti döyüşünə çıxacaq.
Lakin, hələlik onun rəqibinin kim olacağı elan edilməyib.
Xatırladaq ki, Həbib irlandiyalı Konor Makqreqor üzərində qələbədən sonra rinqdə baş verən hadisələrə görə 9 ay müddətinə yarışlardan diskvalifikasiya olunmuşdu. Həmçinin Nevada ştatının Atletika Komissiyasının qərarına əsasən ona 500 min dollar cərimə təyin edilmişdi.