Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqor arasında bu il revanş döyüşü ola bilər.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bunu UFC prezidenti Deyn Uayt bildirib.
"Belə hesab edirəm ki, revanş ola bilər. Hər şey plan üzrə getsə, döyüş olacaq", - o qeyd edib.
Təkrar döyüş təklifi Konor Makqreqordan gəlib.
Xatırladaq ki, H.Nurməhəmmədov ötən ilin oktyabr ayında Konor Makqreqora qalib gəlib.