Həbs edilən türkiyəli fenomen Dilan Polatın köməkçisi açıqlama verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Polatın köməkçisi Şule Dilan sosial media hesabında paylaşım edib.
O, paylaşımında hazırda Dilan Poladın uşaqlarına baxdığını yazıb:
"Ən çətin və ağır günlərdə də buradayam. Hər şeyi zamana, özümü isə uşaqlara buraxdım".
Bu ifadələrdən köməkçinin Dilan və Engin Polat cütlüyünün uşaqlarına baxdığı məlum olub.
Xatırladaq ki, Dilan və Engin Polad cütlüyü çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə həbs edilib.
Gülay