Həbs edilən türk fenomenin paylaşımları üzə çıxdı: Köməkçisi adından istifadə edərək...

Həbs edilən türk fenomenin paylaşımları üzə çıxdı: Köməkçisi adından istifadə edərək...
MAQAZİN
11:50 03.11.2023
362
Məşhur türkiyəli fenomen Dilan Polatın saxlanılmasından bir neçə saat sonra hesabında yazdığı paylaşımlar polisi hərəkətə keçirməyə məcbur edib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin araşdırmalara görə, Dilan Polat nəzarətə alınarkən X hesabında ona qarşı irəli sürülən ittihamlara cavab verən paylaşımlar edilib.
 
Yazılardan sonra polis hərəkətə keçib və hesabdan kimin istifadə etdiyini müəyyənləşdirib.
 
Araşdırma zamanı hesaba yerləşdirən şəxsin Dilan Polatın qadın köməkçisi olduğu məlum olub.

Qeyd edək ki, çirkli pullardan istifadə və vergidən yayınma ittihamları ilə Türkiyənin gündəmində olan Dilan Polat və Engin Polat cütlüyü ötən gün aparılan istintaq çərçivəsində saxlanılıb.
 
Mikayıl
 

 

 



OXŞAR XƏBƏRLƏR