Həbs edilmiş oyunçular "Qarabağ"a oyun satıb? - RƏSMİ AÇIQLAMA

Həbs edilmiş oyunçular "Qarabağ"a oyun satıb? - RƏSMİ AÇIQLAMA
İDMAN
16:48 30.11.2017
1736
"Qarabağ" futbol klubu "Keşlə" komandasının keçmiş futbolçuları Mirhüseyn Seyidov və Nizami Hacıyevin danışılmış oyunlara görə həbs edilməsiylə bağlı yaydığı bəyanata münasibət bildirib.
 
AZXEBER.COM xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov ölkə.az-a açıqlamasında deyib ki, "Qarabağ"ın "Keşlə"dən xal almaq üçün uyğun olmayan yollara əl atması mümkünsüzdür:

"Qarabağ" futbol klubu hər zaman belə şeylərdən uzaq olub. Adımız belə şeylərdə hallanmayıb. Çempionlar Liqasında hər iki oyunda "Atletiko"dan (Madrid) xal alan komandanın bizim çempionatda hər hansı komandadan xal almaq üçün uyğun olmayan münasibət qurmağına nə gərək var? Biz hər zaman belə söz-söhbətlərdənn uzaq olmuşuq. İnanmıram ki, Azərbaycanda kimsə buna inanar".

Qeyd edək ki, "Keşlə"nin rəsmi saytında yer alan bəyanatda bildirilir ki, N.Hacıyev və Mirhüseyn Seyidovun müqaviləsinə 4 gün öncə xitam verilib:

"Onların son 5-6 matça danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələri olduğu üçün bu addım atılıb. "Keşlə" Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidov Topaz Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 oyununda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilib". 
 
Xatırladaq ki,  "Keşlə" son 7 oyunda "Neftçi"yə evdə 0:2, səfərdə 1:3, "Qarabağ"a evdə 0:2, "Səbail"ə səfərdə 0:1, "Kəpəz"ə evdə 0:2, "Sumqayıt"a səfərdə 1:3, evdə "Zirə"yə 0:1 hesabı ilə uduzub. Klubun bəyanatına əsasən, Nizami Hacıyevlə Mirhüseyn Seyidov yalnız "Qəbələ"yə oyun satmayıb.  

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib