Həbsə girməmək üçün təcavüz etdiyi qızın qardaşının bacısını zorlamasına icazə verdi - TƏFSİLAT

HADİSƏ
14:02 29.03.2018
13542
Pakistanda bir qadına təcavüz edən gənc oğlan cəza almamaq üçün təcavüz etdiyi qadının qardaşının öz bacısına təcavüz etməsinə icazə verib.
 
AZXEBER.COM xarici KİV-ə istinadən bildirir ki, hadisə Pakistanın Pəncab vilayətində baş verib.
 
Adı açıqlanmayan gənc oğlanın qızlarına təcavüz etdiyini öyrənən ailə, ortaq nöqtəyə gəlmək üçün bir yerə toplaşıb. Qızın ailəsi yalnız öz oğullarının da təcavüzkarın bacısına təcavüz etməsi qarşılığında onları bağışlayacağını, polisə şikayət etməyəcəklərini bildirib.
 
Məsələ bir polis məmurunun hadisəni araşdırması ilə aydınlaşıb.
 
Günahkarlar 4-ü qadın olmaqla 12 nəfər həbs olunub.
 
Leyla Rəhimli

OXŞAR XƏBƏRLƏR