Həbsdə olan azərbaycanlı üç azyaşlı ölkəyə gətirildi: Nazir qarşıladı - FOTOLAR

Həbsdə olan azərbaycanlı üç azyaşlı ölkəyə gətirildi: Nazir qarşıladı - FOTOLAR
SOSİAL
11:11 14.10.2018
8366
İraqda ömürlük həbsə məhkum edilmiş Gürcüstan vətəndaşı olan milliyyətcə azərbaycanlı qadının üç azyaşlı övladı Tbilisiyə gətirilib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, 2, 5 və 6 yaşlı uşaqları Tbilisi beynəlxalq hava limanında yaxın qohumları ilə yanaşı, Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani də qarşılayıb. 25 yaşlı Şəlalə Səmədova Gürcüstanın Laqodexi rayonunun Gəncəli kənd sakini olub. Onun Rusiya vətəndaşı olan milliyətcə azərbaycanlı həyat yoldaşı İŞİD terror təşkilatına qoşulub. Hərbi əməliyyatlar zamanı onun ölməsinə baxmayaraq, İraqın qanunlarına əsasən, həyat yoldaşı terrorçuluqda müqəssir bilinən şəxslə nikahda olduğuna görə ömürlük həbsə məhkum edilib. Onların azyaşlı övladları qanuna uyğun şəkildə həbsxanada saxlanılırdı. Uşaqlar müəyyən yaşa çatdıqdan sonra yerli uşaq evlərinə veriləcəkdi.Qadının valideynləri qızlarını 7 il, nəvələrini isə ümumiyyətlə görmədiklərini bildiriblər. Onlar uşaqların Gürcüstana qaytarılmasına görə T.Tsulukianiyə həyata keçirdiyi xeyirxah missiyya üçün minnətdarlıqlarını bildiriblər. T.Tsulukiani azərbaycanlı qadının faciəvi taleyi barədə bir il öncə Gürcüstanın İraqdakı səfiri Gia Tabatadzedən öyrənib.Bu il mayın 23-də T.Tsulukiani İraqın mərkəzi qadın həbsxanasında həmin qadınla şəxsən görüşərək, ondan övladlarını Gürcüstana valideynlərinin yanına göndərilməsi ilə bağlı razılıq alıb.Nazirin sözlərinə görə, uşaqların Gürcüstana qaytarılması məsələsini operativ olaraq həll etmək lazım idi, belə ki, onların uşaq evlərinə təhvil verilməsi yaşı yaxınlaşırdı.Nazirin sözlərinə görə, Ş.Səmədova həbsdə saxlanılan yeganə Gürcüstan vətəndaşıdır ki, Gürcüstanda anadan olub və bu günə qədər valideynləri də Gürcüstanda yaşayır.T.Tsulukiani Bağdadda iraqlı həmkarı ilə görüşdə Gürcüstan vətəndaşına qarşı çıxarılmış məhkəmə hökmünə yenidən baxılması perspektivləri üzərində birgə işin aparılması barədə də razılıq əldə edib.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi - FOTOLAR
15:41 27.08.2025
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi - FOTOLAR
Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
15:38 27.08.2025
Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
15:34 27.08.2025
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
15:32 27.08.2025
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
15:29 27.08.2025
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı
15:27 27.08.2025
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı
Qubaya kino çəkilişinə gedənlər qəzaya düşdü - Ölən var
15:23 27.08.2025
Qubaya kino çəkilişinə gedənlər qəzaya düşdü - Ölən var
Peskov: Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi ehtimalına mənfi baxırıq
15:19 27.08.2025
Peskov: Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi ehtimalına mənfi baxırıq
Netanyahu hökumətin iclasını keçirdi - Bir çox nazir qatılmadı
15:11 27.08.2025
Netanyahu hökumətin iclasını keçirdi - Bir çox nazir qatılmadı
Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu
14:53 27.08.2025
Fərhad Əhmədova məxsus şirkətlərin rəhbərlərinə “stop” qoyuldu
Peskov: Rusiya Ukraynada Avropa ölkələrindən olan hərbçilərin yerləşdirilməsinə qarşıdır
14:50 27.08.2025
Peskov: Rusiya Ukraynada Avropa ölkələrindən olan hərbçilərin yerləşdirilməsinə qarşıdır
"İphone 17" bu tarixdə təqdim ediləcək
14:31 27.08.2025
"İphone 17" bu tarixdə təqdim ediləcək
"4 gün təsiri olacaq" - Astroloqdan AÇIQLAMA
14:29 27.08.2025
"4 gün təsiri olacaq" - Astroloqdan AÇIQLAMA
Ukrayna ilə razılaşma yalnız bu şərtlə mümkündür - Kreml AÇIQLADI
14:17 27.08.2025
Ukrayna ilə razılaşma yalnız bu şərtlə mümkündür - Kreml AÇIQLADI
Tramp: Vaşinqtonda qətl törədənlərə ölüm cəzası veriləcək
14:12 27.08.2025
Tramp: Vaşinqtonda qətl törədənlərə ölüm cəzası veriləcək
Fernandu Santuşun mətbuat konfransının vaxtı bəlli oldu
13:56 27.08.2025
Fernandu Santuşun mətbuat konfransının vaxtı bəlli oldu