Həbsdə olan ilahiyyatçının istintaqı yekunlaşdı

SOSİAL
12:11 16.06.2016
1575

Həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə vəkil Əfqan Məmmədov məlumat verib. Vəkil müdafiə etdiyi şəxsin ittihamları qəbul etmədiyini deyib.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. Barəsində 4 aylıq həbs-qəti imkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

///Virtualaz.org

OXŞAR XƏBƏRLƏR