Həbsdə olan rusiyalı aktyor xəstəxanaya yerləşdirildi

Həbsdə olan rusiyalı aktyor xəstəxanaya yerləşdirildi
MAQAZİN
15:57 12.03.2025
164
Ölümlə nəticələnən qəzaya görə hazırda Belqorod koloniyasında cəza çəkən məşhur rusiyalı teatr və kino aktyoru Mixail Efremovun səhhətində problem yaranıb.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor təcili xəstəxanaya yerləşdirilib.

Aktyorun bundan əvvəl səhhətində problemlər olduğu məlum olub və bu səbəbdən onun müdafiə qrupu şərti azadlığa buraxılması üçün ərizələr verib. Lakin məhkəmə bu tələbləri təmin etməyib.
 
Vəziyyəti pisləşən Mixail Oleqoviçə mədə xorası diaqnozu qoyulub.

Xatırladaq ki, Efremov beş ilə yaxındır ki, həbsdədir. Onun sərxoş halda avtomobil idarə edərkən törətdiyi və ikinci avtomobilin sürücüsünün ölümü ilə nəticələnən qəza 2020-ci ildə baş verib. Cəza müddətinin 2/3 hissəsini çəkdikdən sonra məhkumlara şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət etməyə icazə verilir. Mixailin ərizəsi üzrə növbəti məhkəmə prosesi martın 24-nə təyin edilib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR