Yenicə həbsdən çıxan türkiyəli müğənni Deniz Seki 3 il fasilədən sonra səhnəyə çıxıb.
AZXEBER.COM xəbər verir ki, Kiprdə konsert proqramı ilə çıxış edən ifaçı sevənlərindən böyük diqqət görüb.
Otellərdən birində pərəstişkarları ilə görüşən sənətçinin konsertinə biletlər tez bir zamanda tükənib. Hər kəsə unudulmaz gecə yaşadan Dəniz Seki göz yaşlarına hakim ola bilməyib.
Anşlaqla yaşanan konsert alqış sədaları altında reallaşıb.
Müğənni növbəti böyük və açıq hava konsertinin avqustun 5-də olacağını deyib.

